Uzun illərdir İdman TV-də aparıcı və şərhçi kimi çalışan Ramiz Mirzəzadə iş yerini dəyişib.

Offsideplus.az-ın əldə etdiyi məlumata görə, o, karyerasını digər idman kanalı CBC Sport-da davam etdirəcək.

Ramiz Mirzəzadə yeni işinə bazar ertəsi (6 iyul) başlayacaq.

Qeyd edək ki, R. Mirzəzadə 10 il idi ki, İdman TV kanalında (əvvəlki adı - İdman Azərbaycan) çalışırdı.

Ramiz Mirzezade (@ramizmirzezade1) | Twitter