"Vest Hem”in sabiq hücumçusu Karlton Koul Cermeyn Defo tərəfindən aldadılıb.

Offsideplus.az xəbər verir ki, Defo Koulu aldadaraq ona viqara verib. O, bunun vitamin olduğunu güman edib:  "Bəli, məndə cinsi oyanış vardı. Ancaq buna baxmayaraq, məşqdə hamıdan yaxşı və sürətli idim. Mənim üçüncü ayağım böyüdü. Bu xatirəni çoxdan beynimdən silmişəm, amma siz məcbur edirsiniz ki, yadıma salım”.
Defo isə həmin hadisəni belə təsvir edir: "Biz, bu həbi kimin qəbul edəcəyi haqda düşünürdük. Karlton tam uyğun adam idi. O, həmişə gülümsəyir və xoşbəxt görünürdü. Həbi aldıqda "Ooo, vitamindir? Mənim orqanizmim üçün yaxşıdır” - dedi.
Həmin an qarnım gülməkdən ölürdüm. Məsələni izah edəndə onun sifətinin nə hala düşdüyünü görmək lazım idi. Artıq heç nə edə bilməzdi".