Koronavirus səbəbilə beş ölkədəki liqalar xaric bütün futbol liqaları müddətsiz təxirə salınmışdı.

Offsideplus.az xəbər verir ki, pandemiyanın nəzarət altına alındığı ölkələr liqaların davam etmə tarixini açıqlamağa başlayıb.
İndiyədək dünyada futbolun davam etdiyi beş ölkə qalmışdı. Tacikistanın da təxirəsalma qərarının ardından bu say dördə endi. Hazırda Belarus, Türkmənistan, TayvanNikaraquada futbol oyunları davam edir.
Niderlandda bütün liqalarda mövsüm ləğv edilib. İsveçrədə aşağı liqalar, Fransada isə həvəskar liqalar üçün eyni qərar verilib.
İlk açıqlama Cənubi Koreyadan gəlib. Ölkənin futbol federasiyası birinci və ikinci liqa qarşılaşmalarını mayın 8-ində keçirməyə qərar verib.
Avropa ölkələrindən Polşa birinci liqa oyunlarının 29 mayda başayacağını açıqlayıb.
Bir müddət əvvəl Almaniya Bundesliqasının mayın 9-u bərpa olunacağı deyilsə də, bu rəsmi qərar deyil. Çempionatın may ayı ərzində bərpa olunması planlaşdırılır, başlanğıc tarixi 9 may olmaya da bilər. Klublar artıq məşqlərə başlayıblar.
İngiltərə Premyer Liqasının isə 8 iyunda başlayacağı deyilir. "The Times" bitmə tarixi kimi 2 avqustu qeyd edib.
İspaniya La Liqasının prezidenti Xavyer Tebas çempionatın ən yaxşı halda 28 mayda başlaya biləcəyini açıqlayıb.
İtaliya A Seriyasının başlama vaxtı ilə bağlı dəqiq açıqlama olmasa da, məşqlərin başlanacağı tarix dəqiqləşib. Mayın 4-dən futbolçular fərdi məşqlərə başlaya biləcəklər. Mayın 18-dən isə komanda məşqlərinə icazə veriləcək.
Fransada liqaların 12 iyun - 25 iyul tarixində keçirilib tamamlanması planlaşdırılır.

Davam edən liqalar:
Belarus
Türkmənistan
Tayvan
Nikaraqua

Davam tarixi dəqiqləşən liqalar:
Cənubi Koreya - 8 May
Polşa - 29 May

Ləğv olunan Liqalar:
Niderland (Erediviziya daxil bütün liqalar)
İsveçrə (Aşağı Liqalar)
Fransa (Həvəskar Liqalar)
Belçika (bitirilmə qərarı verilsə də, UEFA bu halda avrokubokda iştiraka qadağa qoya bilər deyə, gözləmə mövqeyindədir, rəsmi qərar açıqlanmayıb).