FIFA-nın Fransanın paytaxtı Parisdə yerləşən ofisində seminar keçirilir.

Offsideplus.az xəbər verir ki, bu barədə AFFA-nın rəsmi saytı məlumat yayıb. Ali futbol qurumunun Avropa ölkələri üzrə üzv assosiasiyaları üçün təşkil olunmuş tədbirinə AFFA-nın baş katibi Sərxan Hacıyev də yollanıb.

Seminara milli assosiasiyanın maliyyə və mühasibatlıq departamentinin əməkdaşı Riad Axundov da qatılıb.