Dünyanın ən bahalı futbolçusu açıqlandı.

Offsideplus.az xəbər verir ki, Erlinq Halland dəyərinə görə zirvədə qərarlaşıb. "Transfermarkt" oktyabrın 1-də Premyer Liqanın bəzi oyunçularının qiymətini yeniləyib və norveçli ulduz 180 milyon avrodan 200 milyona yüksəlib.

Daha öncə açıqlanan siyahıda Halland ilk pilləni "Real"ın futbolçuları Vinisius Junior, Cud Bellinqam və Kilian Mbappe ilə bölüşürdü. 

Onların qiymətlərində heç bir dəyişiklik baş verməyib. Lakin oktyabrın 11-də növbəti yenilənmədən sonra artım ola bilər.

Qeyd edək ki, Erlinq 200 milyona çatan ikinci oyunçu olub. İlk dəfə 2018-ci ildə Mbappe bunu bacarmışdı.