Tanınmış futbol mütəxəssisi Aslan Kərimov qəzaya düşüb. 

Offsideplus.az  "Ölkə.az" saytına istinadən xəbər verir ki, veteran futbolçunun idarə etdiyi “Pajero” markalı avtomobil 9-cu mikrorayon ərazisində işıqforda “Nissan” markalı maşınla toqquşub.

Hadisə zamanı xəsarət alan olmasa da, “Nissan” markalı avtomobilə ciddi ziyan dəyib.

Qeyd edək ki, Azərbaycan millisinin sabiq futbolçusu Aslan Kərimov karyerası ərzində “Neftçi”, “Dinamo” (Bakı), “Azəri”, “Qarabağ”, “Kəpəz”, “ANS Pivani”, “Şəmkir” və “Sumqayıt”, həmçinin Rusiyanın “Baltika Kalininqrad” klublarında çıxış edib.