"Real"ın əfsanəvi futbolçusu Raul Qonzales "Şalke"nin yeni baş məşqçisi ola bilər.
Offsideplus.az xəbər verir ki, 47 yaşlı mütəxəssis "Real"ın ikinci komandasını çalışdırır.
Sentyabrın 21-də "Şalke" rəhbərliyi baş məşqçi Karel Qerartsı istefaya göndərib.
Qeyd edək ki, Raul futbolçu kimi "Şalke"də çıxış edib və 2011-ci ildə Almaniya kubokunu və Almaniya Superkubokunu qazanıb.