Zineddin Zidanın oğlu 29 yaşında karyerasını bitirdi.
Offsideplus.az xəbər verir ki, fransız əfsanənin "Fuenlabrada"da forma geyinən böyük oğlu Enzo Zidan futbolla vidalaşıb. İspaniya mətbuatında "AS"ın yaydığı məlumata görə sabiq futbolçu özəl həyatına diqqət yetirmək üçün yaşıl meydanlardan ayrılıb.
Qardaşları da futbolçu olan Enzo ailədə atasından sonra futbola başlayan ilk şəxs olub. O, karyerasına "Yuventus"un akademiyasında başlayıb. Ardınca, "Real"ın U-17, U-18, U-19, C komandalarında və "Real Castilla"da oynayıb. Daha sonra "Alaves", "Lausanne-Sport", "Majadahonda", "Aves", "Almeria", "Rodez" və son olaraq "Fuenlabrada"da çıxış edib.
Qeyd edək ki, 10 nömrə mövqeyində forma geyinən fransalı karyerası ərzində 203 matçda meydana çıxıb. Bu oyunlarda 13 qola və 24 məhsuldar ötürməyə imza atıb.