TV2 Sport Norveç idmançılarının ölkə daxilindəki populyarlığını əks etdirən yeni statistikanı paylaşıb.
Offsideplus.az xəbər verir ki, reytinqin zirvəsində 2020-ci il Tokiyo Olimpiadasında 400 metr maneələrlə qaçışda qızıl medal qazanan Karsten Uorholm qərarlaşıb.
"Mançester Siti" klubunda çıxış edən Erlinq Haaland altıncı yerə sahib olub. "Arsenal"ın yarımmüdafiəçisi Martin Odeqard isə siyahıda ikinci pillədədir.