"Bayer"in yarımmüdafiəçisi Florian Virtz UEFA Çempionlar Liqasında həftənin oyunçusu mükafatını qazanıb.
Offsideplus.az xəbər verir ki, 21 yaşlı futbolçu "Feyenoord"la oynanan oyunda (4:0) dubl edərək bu mükafata layiq görüldü.
O, səsvermədə "Bayern"nin hücumçusu Harri Keyni, eləcə də "Atletiko"nun futbolçusu Antuan Qrizmanı qabaqlayıb.