Kristiano Ronaldo "Qızıl Top" mükafatına namizədlərini açıqlayıb.

Offsideplus.az xəbər verir ki, portuqaliyalı ulduz bu barədə Yutub kanalında danışıb.

Kristiano: "Kilian Mbappe növbəti illərdə "Qızıl Top"u qazana bilər. Bəlkə də Bellinqem və Haaland da". 

Rio Ferdinand: "Vinisius Junior da".

Kristiano: "Lamin Yamal da həmçinin".

Qeyd edək ki, Ronaldo 5 dəfə bu mükafata layiq görülüb.