"Milan"ın futbolçusu Rafael Leao yaxın müddətdə yeni rep albomunu ictimaiyyətə təqdim edəcək.

Offsideplus.az xəbər verir ki, bu barədə "O Jogo" nəşri məlumat yayıb. "Qırmızı-qaralar"ın 24 yaşlı vingeri cümə günü "My Life in Every Verse" ("Hər misrada mənim həyatım") adlı albomunu təqdim edəcək.

Qeyd edək ki, Leaonun ləqəbi "Way 45"dir.  O, covid zamanı musiqi ilə məşğul olmağa başlayıb.

Fəqan İbrahimli