İtaliyanın sabiq baş naziri Silvio Berluskoni bu gün vəfat edib.

Offsideplus.az xarici KİV-nə istinadən xəbər verir ki, 1986-2017-ci illər ərzində "Milan"ın sahibi olmuş, 2018-ci ildə "Montsa" klubu alan əfsanəvi klub prezidenti müalicə aldığı xəstəxanada 86 yaşında dünyasını dəyişib.

Qeyd edək ki, Silvio Berluskoni aprel ayında ağciyərində yaranan problem səbəbi ilə xəstəxanaya yerləşdirilmişdi.