PSJ-nin futbolçusu Lionel Messi Avropa karyerası çərçivəsində klubunun heyətində vurduğu qolların sayına görə Kristiano Ronaldonu qabaqlayıb.

Offsideplus.az xəbər verir ki, argentinalı ulduz Liqa 1-in 30-cu turunda keçirilən  "Nitsa" ilə matçda (2:0) fərqlənərək, bu göstəriciyə imza atıb. 

Bu qol, hücumçunun Avropa klublarının heyətində rəsmi oyunlarda vurduğu 702-ci qol olub. Messi “Barselona”nın heyətində 672, PSJ-də isə 30 qol vurmağı bacarıb.

Qeyd edək ki, Ronaldo isə Avropa klublarının heyətində 701 qola imza atıb. Portuqaliyalı ulduz “Sportinq”də 5, “Mançester Yunayted”də 145, “Real”da 450, “Yuventus”da 101 qolla yadda qalıb.