Türkiyənin 1-ci liqa təmsilçisi “Yeni Malatyaspor” klubunun futbolçusu Barış Başdaş ağır yaralanıb. 

Offsideplus.az "Fanatik"ə istinadən xəbər verir ki, 33 yaşlı müdafiəçi zəlzələ baş verən zaman yaşadığı binanın ikinci mərtəbəsindəki evinin eyvanından tullanıb.

Ciddi xəsarət aldığı deyilən Türkiyənin gənclər yığmasının sabiq oyunçusu dərhal xəstəxanaya aparılıb.