Xəbər verdiyimiz kimi, bu gün AFFA-nın vidoeokonfrans formatında növbəti iclası baş tutub.

Bu iclas digərlərindən fərqliliyi ilə seçilib. Çünki federasiyanın baş katibi Elxan Məmmədovun vəzifəsi bu günə qədər müavin postdunda çalışan Sərxan Hacıyevə həvalə olunub.

Bu yeniliyin futbolumuzun inkişafına nə dərəcədə xeyir verəcəyini öyrənmək üçün Azərbaycanın tanınmış futbol mütəxəssisi, hazırda işsiz olan Tərlan Əhmədovun fikirlərini öyrəndik.

"İcraiyyə Komitəsinin iclasında iştirak etmədiyimə görə struktur və işçi dəyişikliyi barədə nəsə deyə bilmərəm. Amma istəyirəm ki, bu yenilik futbolumuzu inkişaf etdirsin. Milli komandamızı daha da irəliyə aparsın. Əgər dəyişiklik xeyrimizədirsə, qoy, belə olsun".

Offsideplus.az