Yaponiya hökuməti koronavirus pandemiyasına görə Tokio-2020 Yay Olimpiya Oyunlarının ləğv olunmasının zəruriliyi barədə qərar çıxarıb.

Offsideplus.az  “The Times”a istinadən xəbər verir ki, indi ölkə rəhbərliyi Tokionun yenidən ev sahibliyi etmə ehtimalını qoruyaraq oyunların ləğv olunduğunu elan etmək üçün bir yol axtarır.

"Heç kim bunu birinci elan etmək istəmir, amma hamı (Olimpiadanı keçirməyin-red) çox çətin olacağı ilə razıdır. Mən düşünmürəm ki, bu olacaq”, - vəziyyətlə yaxın olan mənbə bildirib.

Yaponiyada Tokio-2020 Yay Olimpiya Oyunları ötən ilin yayında keçirilməli idi, ancaq koronavirus pandemiyasına görə oyunlar 2021-ci ilin yayına təxirə salınıb.

Qeyd edək ki, bir neçə gün əvvəl ölkənin yarışı keçirmək niyyətində olduğunu bildirmişdi.