2020-ci ildə Avropanın top-5 liqasında penaltidən ən çox fərqlənən futbolçular bəlli oldu.

Offsideplus.az xəbər verir ki, ilk pillədə İtaliyanın "Yuventus" klubunun futbolçusu Kriştiano Ronaldo yer alıb.

35 yaşlı portuqaliyalı hücumçu il ərzində penaltidən 17 qol vurub.

Ronaldonun həmyerlisi İngiltərənin "Mançester Yunayted" klubunun yarımmüdafiəçisi Bruno Fernandeş 15 qolla ikincidir.  İtaliya "Latsio"sunun forvardı Çiro İmmobille isə 14 qolla üçüncü pillədə qərarlaşıb.