İtaliyanın Kaorle şəhərində keçirilən U15 Avropa çempionatına yekun vurulub.
Offsideplus.az xəbər verir ki, qitə birinciliyində Azərbaycanın daha bir yığması komanda hesabında Avropa çempionu olub.
1 qızıl, 2 gümüş və 3 bürünc medal qazanan yunan-Roma güləşi üzrə komandamız 131 xalla birinci yeri tutub. Ermənistan (125) ikinci, Gürcüstan (99) isə üçüncü olub.
Yığmamızın heyətində Ömər Salmanov (44 kq) bütün rəqiblərinə qalib gələrək Avropa çempionu olub. Hüseyn Əmrahlı (38 kq) və Ruslan Nuriyev (75 kq) gümüş medala sahib çıxıb. Xudayar Kərimli (38 kq), Hüseyn Mustafazadə (52 kq) və Nadir Həsənov (62 kq) isə bürünc medalı boynundan asıb.
Qeyd edək ki, yunan-Roma güləşi üzrə komandamız 3-cü dəfə Avropa çempionu olur. Analoji uğura 2022 və 2024-cü illərdə də qazanılmışdı.
Xatırladaq ki, bir neçə gün öncə sərbəst güləş üzrə yığmamız da İtaliyada Avropa çempionu olub.