Gələn ayın 11-dən 14-dək Qazax şəhəri sərbəst və yunan-Roma güləşi üzrə U15 Azərbaycan çempionatına ev sahibliyi edəcək.
Offsideplus.az xəbər verir ki, bu yaş qrupu üzrə ölkə birinciliyinin ilk dəfə Qazaxda təşkil olunması xüsusi əhəmiyyət kəsb edir. Qazax Olimpiya İdman Kompleksində keçiriləcək döyüşlərin idarəçiliyi beynəlxalq və milli dərəcəli hakim heyətinə həvalə olunub.
Bu barədə Güləş Federasiyasının mətbuat xidməti məlumat yayıb.
Yarışın nəticələrinə əsasən, fəxri kürsünün ilk üç pilləsində yer alan idmançılar müvafiq yaş qrupları üzrə milli komandaların heyətinə cəlb ediləcəklər.


