"Neftçi” müdafiəçisi Anton Krivotsyukla müqavilənin müddətini artırıb. 

Offsideplus.az xəbər verir ki, 21 yaşlı sol cinah oyunçusu ilə yeni 1 illik anlaşma imzalanıb. Buna qədər sözləşmə müddəti gələn ilə qədər olan milli komandamızın üzvü artıq 2022-ci ilin yayına qədər “ağ-qaralar”a məxsusdur.

Qeyd edək ki, Anton Krivotsyuk cari mövsüm 24 oyunda meydana çıxıb, 4 qola imza atıb.