Növbəti mövsüm üçün heyətini gücləndirməyi planlaşdıran "Fənərbağça" klubu yeni transferə hazırlaşır.

 Offsideplus.az xəbər verir ki, İstanbul təmsilçisi "Napoli"nin üzvü Joze Kallehona təklif göndərib.

Belə ki, klub 33 yaşlı futbolçuya 2 illik müqavilə və 5 milyon avro təklif edib. 

Qeyd edək ki, sözügedən oyunçunun "Napoli" ilə müqaviləsinin vaxtı mövsüm sonunda bitəcək.