UEFA Çempionlar Liqasını "dördlər finalı" formatında Almaniyada keçirə bilər.

Offsideplus.az xəbər verir ki, bu barədə  "Sky Sports İtalia" nəşri məlumat yayıb.

1/8 final mərhələsinin cavab oyunlarını 7-8 avqustda start götürməldir. 1/4 final matçlarının isə 13-14 avqustda bir oyundan ibarət olacağı bildirilir.

 UEFA İcraiyyə Komitəsi iyunun 17-də avrokubokların taleyi barədə yekun qərarını açıqlayacaq.

Qeyd edək ki, qitənin ali futbol qurumu daha öncə ÇL-nin yarımfinal və final mərhələsini "dördlər finalı" formatında İstanbulda keçirmək istədiyini vurğulayıb.