"Qarabağ" Mateuş Koxalskini istəyən klublardan 7 milyon avro tələb edəcək.

Offsideplus.az xəbər verir ki, bu barədə Polşa mətbuatı məlumat yayıb.

Koxalski Dortmund "Borussiya"sına transfer olmağı planlaşdırmır.

“Borussiya” bu məbləği ödəməyə qadir olsa da, transfer mövzusu hazırda nə klub, nə də futbolçunun özü üçün prioritet sayılır.

Xəbərdə qeyd edilib ki, polyak qapıçı Azərbaycanda özünü rahat hiss edir və ən azı cari mövsümün sonuna qədər “Qarabağ”da qalmaq niyyətindədir