"Zirə" mövsümün ikinci hissəsinin hazırlıqlarına başlayıb.

Offsideplus.az xəbər verir ki, "qartallar" ayın 10-na qədər Bakıda, daha sonra isə Türkiyənin Antalya şəhərində hazırlıqlarına davam edəcək.

Onlar Türkiyədə iki yoxlama oyunu keçirəcək. Artıq rəqiblərdən biri məlumdur. Bu, Ukraynanın "Oleksandriya" klubudur.

Görüş yanvarın 16-da baş tutacaq.

Rəşad Sadıqovun komandası qardaş ölkədə daha bir oyunda qüvvəsini sınacaq. Rəqibin kimliyi daha sonra məlum olacaq.