"Qalatasaray" yanvarda orta xətti gücləndirmək istəyir.

Offsideplus.az xəbər verir ki, namizədlərdən biri də Ruben Neveşdir. "Cim-bom" onunla ciddi formada maraqlanır.

Bu barədə "sarı-qırmızılar"a yaxın olan jurnalistlərdən Haluk Yürekli məlumat yayıb.

Neveşlə maraqlanan klublardan biri də "Mançester Yunayted"dir.

Portuqaliyalı futbolçu yenidən Premyer Liqaya qayıtmağı arzulayır.

Ancaq "Qalatasaray" da bu transferdə heç də az istəkli deyil.

"Əl-Hilal"da çıxış edən 28 yaşlı futbolçu cari mövsüm 16 oyunda 5 qol vurmağı bacarıb.