"Barselona" tarixində ilk dəfə ardıcıl 4 oyunda hesabda geri düşməyinə baxmayaraq sonda qələbə qazanmağı bacarıb.

Offsideplus.az xəbər verir ki, katalon klubu son olaraq ötən gün "Ayntraxt"la matçda ilk hissəni geridə bitirib.

Fasilədən sonra Jül Kunde dubl edərək "blauqrana"ya qələbə qazandırıb.

Onlar əvvəlki 3 oyunda da bunu bacarıb: “Alaves” və “Atletiko Madrid”lə oyunda eyni hesabla qalib olublar - 3:1. La Liqanın son turunda isə “Betis”lə görüşdə 5:3 hesabı ilə qələbə qazanıblar.

"Barselona"nın növbəti rəqibi "Osasuna" olacaq.