"Real Madrid" klubu "Liverpul" rəhbərliyinə İbrahima Konate ilə maraqlanmadıqlarını bildiriblər.

Offsideplus.az xəbər verir ki, onlar uzun müddət fransalı müdafiəçini transfer siyahısında saxladıqdan sonra bu qərara gəlib.

Bu barədə "The Athletic" məlumat yayıb.

Konatenin "Liverpul"la müqaviləsi gələn ilin yayında başa çatır. 

Tərəflər arasında sözləşməni uzatmaq üçün danışıqlar davam edir.

O, cari mövsüm 18 oyunda meydanda olub və 1 qol vurmağı bacarıb.