AFFA-nın İcraiyyə Komitəsinin növbəti iclası keçirilib. 

Offsideplus.az xəbər verir ki, AFFA-nın prezidenti Rövşən Nəcəf iclasın gündəliyi barədə məlumat verib.

AFFA-nın baş katibi Cahangir Fərəcullayev hakimlik barədə ümumi məlumat verərək vəziyyətin təhlilini təqdim edib. Müzakirələrdən sonra bir sıra struktur dəyişiklikləri qəbul olunub.

Baş tutan kadr dəyişiklikləri:

  • Zaur Axundovun AFFA İcraiyyə Komitəsinin üzvlüyündən öz xahişi ilə ayrılması qəbul edilib.
  • AFFA İntizam Komitəsində vakant olan yerlərə Zümrüd Ağayeva və Murad Məmmədov təsdiqlənib.