"Real Madrid"in müdafiəçisi Din Höysen İspaniya yığmasının düşərgəsindən ayrılıb.
Offsideplus.az xəbər verir ki, o, əzələ problemlərinə görə milli komandanı tərk edib.
Bu barədə İspaniya Futbol Federasiyası məlumat yayıb.
20 yaşlı müdafiəçi Madridə qayıdacaq.
Qeyd edək ki, İspaniya milli komandası sabah Türkiyə ilə üz-üzə gələcək.



