Azərbaycanın futbol üzrə milli komandasının qapıçısı Şahruddin Məhəmmədəliyev DÇ-2026-nın seçmə mərhələsində inamlı oyunu ilə fərqlənən futbolçular arasında yer alıb.
Offsideplus.az xəbər verir ki, bu barədə UEFA-nın statistik məlumatlarında qeyd olunub.
31 yaşlı qolkiper seçmə mərhələdə D qrupunda baş tutan 4 matçın hamısında meydana çıxıb və ümumən 19 dəfə komandasını qoldan xilas edib.
Məhəmmədəliyev Şimali Makedoniya komandasının oyunçusu Stole Dimitriyevski ilə 82 qapıçı arasında 11-12-ci yeri bölüşdürür.
Siyahının ilk pilləsində isə 34 seyvlə San-Marino millisindən Edoardo Kolombo qərarlaşıb.
Qeyd edək ki, yığmamız DÇ-2026–nın 4 seçmə maçında 11 qol buraxıb və 2 qol vurub.



