"Yaşımın qurbanı deyiləm, amma bundan istifadə edənlər var". 

Offsideplus.az xəbər verir ki, bunu Polşa yığmasının və "Barselona"nın hücumçusu Robert Levandovski deyib. 37 yaşlı futbolçu hələ də meydanda faydalı ola biləcəyini düşünür:

"Özümü çox yaxşı hiss edirəm. Hər matçda 90 dəqiqə oynayacağımı gözləmirəm. Futbola baxışım dəyişib, amma yenə də meydanda çox yaxşı çıxış edə bilirəm".

Qeyd edək ki, Levandovskinin "Barselona" ilə müqaviləsi cari mövsümün sonunda başa çatır. Onun sözləşməsinin uzadılmayacağı gözlənilir.