"Bodo Qlimt"in qapıçısı Nikita Haykin milli komanda seçimini edib.
Offsideplus.az xəbər verir ki, o, Norveç yığması üçün mübarizə aparacaq.
Bu barədə "Sport Baza" məlumat yayıb.
İsraildə doğulan N. Haykin əslən rusiyalıdır. O, Rusiyanın aşağı yaş komandalarında da çıxış edib.
30 yaşlı qolkiper 2019-cu ildən "Bodo Qlimt"in formasını geyinir.



