Futbol üzrə Azərbaycan Premyer Liqasının IX turunun ən yaxşı futbolçusu müəyyənləşib.
Offsideplus.az Peşəkar Futbol Liqasının rəsmi "Facebook" səhifəsinə istinadən xəbər verir ki, "Sumqayıt" futbolçusu Şəhriyar Əliyev turun ən yaxşı oyunçusu adına layiq görülüb. 26 yaşlı müdafiəçi IX turda “Qəbələ”yə qarşı keçirilən oyunda dubla imza atıb.
Qeyd edək ki, "Sumqayıt" - "Qəbələ" matçı 2:2 hesabı ilə başa çatıb. Turun ən yaxşı futbolçusu "InStat” şirkətinin təhlilinə əsasən müəyyənləşdirilir. Şəhriyar Əliyev IX turun rəmzi komandasında da yer alıb.