"İnanıram ki, seçdiyimiz oyun üslubu bizə qalibiyyət gətirəcək”.
Bunu Offsideplus.az-a açıqlamasında "Sabah"ın baş məşqçisi Valdas Dambrauskas deyib.
Mütəxəssis Bakıda Bolqarıstanın "Levski" (Sofiya) komandasına qarşı keçirəcəkləri III təsnifat mərhələsinin cavab oyunu ilə bağlı fikirlərini bölüşüb: “Yaxşı bilirik ki, ağır və çətin oyun bizi gözləyir. Çünki biz bunu Bolqarıstanda da gördük. Oradakı oyunumuz çox çətin keçdi. Lakin yaxşı nəticədən bizi cəmi 7-8 saniyə ayırdı. Ancaq sabahki oyunda bizə heç-heçə sərf etmir. Ona görə də, sabah əlimizdən gələni edəcəyik ki, yaxşı nəticə əldə edək”.
Qeyd edək ki, "Sabah" - "Levski" qarşılaşması avqustun 14-də saat 20:00-da start götürəcək.



