"Barselona"nın futbolçusu İnyiqo Martines karyerasını Səudiyyə Ərəbistanda davam etdirəcək.
Offsideplus.az xəbər verir ki, təcrübəli müdafiəçi "Əl-Nəsr"ə transfer olub. O, yeni klubu ilə 2 illik müqavilə imzalayıb.
Bu barədə klubun mətbuat xidməti məlumat yayıb.
İ. Martines 2023-cü ildən "Barselona"da çıxış edirdi. O, 2 il ərzində katalon klubunda 73 oyuna çıxıb və 3 qol vurub.



