"Real Madrid"i bu yay çətin qrafik gözləyir.

Offsideplus.az xəbər verir ki, "kral klubu" ilk öncə Klublararası Dünya Çempionatı üçün Amerikaya yollanacaq. Bu turnir iyulun 14-nə qədər davam edəcək. Sonrasında Madrid təmsilçisinin yoldaşlıq oyunu keçirmək üçün çox vaxtı qalmayacaq. Çünki La Liqa avqustun 16-sında start götürəcək.

"Real Madrid" yoldaşlıq qarşılaşmalarını avqustda keçirməli olacaq və rəqib tapmaq asan olmayacaq. Ona görə də mümkün rəqiblərdən biri Braziliya yığması ola bilər.

Əlavə edək ki, "kral klubu"ndan ayrılacaq olan Karlo Ançelotti Braziliya milli komandasını çalışdıracaq. Razılaşmaya əsasən iki komanda arasında dostluq matçı keçirilməlidir. Buna görə də bu qarşılaşma avqust ayında baş tuta bilər.