Ötən gecə Yurgen Kloppun "Roma"nın yeni baş məşqçisi olacağı iddia olunmuşdu.
Offsideplus.az xəbər verir ki, almaniyalı mütəxəssisin meneceri bu haqda açıqlama verib. O, bu iddiaların doğru olmadığını deyib.
Klopp ötən ilin yayında "Liverpul"dan ayrılandan bəri işsizdir. O, hazırda "Red Bull" şirkətinin qlobal futbolunun rəhbəridir.
Onu da qeyd edək ki, "Roma"nın hazırki baş məşqçisi Klaudio Ranyeri cari mövsümün sonunda təqaüdə çıxacaq. Ona görə də "canavarlar" yeni çalışdırıcı arayışındadır.



