Futbol artıq əvvəl kimi deyil. İldən-ilə daha da dəyişir.

Offsideplus.az xəbər verir ki, öncələr driblinq edə bilən oyunçular futbolda daha dəyərli idi. İndi isə daha çox mövqe futbolu oynanılır və futbolçular maksimum dərəcədə az səhv etməyə çalışır.

Əfsanəvi argentinalı baş məşqçi Marselo Bielsa bu yay futbolda hər şeyin ehtimal edilən olduğundan təəssüflənərək, oyunun "daha az cəlbedici olduğunu" iddia etmişdi.

Lakin müasir futbolda da driblinq ustaları az deyil. "GiveMeSport" 15 ən yaxşı driblinqçi barədə siyahı tərtib edib. Maraqlısı budur ki, siyahıya Xviça Kvaratsxeliya başçılıq edir:

1.Xviça Kvaratsxeliya (PSJ)

2.Rayan Şerki (Lion)

3.Camal Musiala (Bavariya)

4.Vinicius Junior (Real)

5.Usman Dembele (PSJ)

6.Lionel Messi (İnter Mayami)

7.Lamin Yamal (Barselona)

8.Dezire Due (PSJ)

9.Niko Vilyams (Atletik Bilbao)

10.Kilian Mbappe (Real)

11.Rodriqo (Real)

12.Florian Wirts (Bayer)

13.Ceremi Doku (Mançester Siti)

14.Savinyo (Mançester Siti)

15.Ceymi Qittens (Borussiya Dortmund)