Azərbaycanlı futbolçu Zamiq Əliyev Albaniya çempionu titulunu qazanıb.

Offsideplus.az xəbər verir ki, 23 yaşlı müdafiəçi "Eqnatiya" klubunun heyətində bu gün həlledici qarşılaşmada "Vlajniya"nı 4:0 hesabı ilə məğlub edərək qızıl medallara yiyələnib.

Həmvətənimiz bu matçda 90 dəqiqə meydançada olub.

O, "Eqnatiya"ya ötən ilin yayında "Araz-Naxçıvan"dan transfer olunub. Yığmamızın da üzvü olan Zamiq yeni klubunda 2024/25 mövsümündə bütün turnirlərdə 42 oyun (3094 dəqiqə) keçirin, 1 qol vurub.

Əliyev qışda Albaniya Superkubokunu da qazanmışdı. Futbolçumuz hətta trebl etməyə (daxili yarışların hamısında qalib olmağa) yaxın olub. Sadəcə, onun komandası mayın 1-də Albaniya Kubokunun finalında "Dinamo"ya (Tirana) penaltilər seriyasında uduzub.