Bu gün Qəbələ-nin 18 yaşadək futbolçulardan ibarət komandası UEFA Gənclər Liqasının Çempionlar Yolunun I mərhələsində cavab oyununa çıxacaq.
Offsideplus.az məlumatına görə, "qırmızı-qaralar" Moldovada Seriff-in qonağı olacaq. Tiraspolda Seriff stadionunun kiçik arenasında təşkil ediləcək qarşılaşma Bakı vaxtı ilə saat 16:00-da başlayacaq. Görüşü Timofeo Kristofinin rəhbərliyi altında kiprli hakimlər briqadası idarə edəcək.
Bu komandalar arasında oktyabrın 3-də Qəbələ şəhər stadionunda keçirilmiş matç heç-heçə ilə nəticələnib - 1:1. Cütün qalibi növbəti mərhələdə Hertha (Almaniya) – Lecx (Polşa) cütünün qalibi ilə qarşılaşacaq.
UEFA Gənclər Liqası
Çempionlar Yolu
I mərhələ, cavab oyunu
16:00. Seriff (Moldova) - Qəbələ (Azərbaycan)
Hakimlər: Timofeos Kristofi, Giorgos Savva, Andreas Mixailidis (hamısı Kipr), İon Orlik (Moldova)
Tiraspol. “Şerif” stadionunun kiçik arenası
İlk oyun – 1:1.