"Heç vaxt heç kimə hörmətsizlik etməmişik. Bu illər ərzində bizə kifayət qədər hörmətsizlik edilib".

Offsideplus.az xəbər verir ki, bu sözləri Argentina yığmasının yarımmüdafiəçisi Rodriqo de Paul Braziliyanı 4:1 hesabıyla məğlub etdikləri matçdan sonra deyib. O, eyni zamanda son illərin ən yaxşı komandası olduqlarını da söyləyib:

"Bizə heç kim kömək etmədi. Biz hər şeyə öz gücümüzlə nail olduq. Və bunu sübut etməyə davam edirik".

“Son 6 ilin ən yaxşı milli komandası bizik”.