Saysız-hesabsız rekordlara imza atan Portuqaliya yığmasının və Səudyyə Ərəbstanının "Əl-Nəsr" klubunun üzvü Kriştianu Ronaldo bunların sırasına daha birini əlavə edib.

Offsideplus.az xəbər verir ki, 40 yaşlı hücumçu milli komandada əz uzun müddət qol vuran futbolçuya çevrilib. O, 22 il ərzində yığmada fərqlənib. 

Ronaldu bu göstəricidə rekordu dünən UEFA Millətlər Liqasının 1/4 final mərhələsinin cavab oyununda Danimarkaya qarşı görüşdə (5:2) rəsmiləşdirib.

Matçın 72-ci dəqiqəsində fərqlənən dünya ulduzu 2025-ci ildə 1-ci, yığma karyerasında isə 136-cı qolunu vurdu. Beləliklə, portuqaliyalı 22 il ərzində milli komanda səviyyəsində qol vurmağı bacaran ilk futbolçu adını qazanıb.

Qeyd edək ki, Ronaldu bütün karyerasıboyu 929 dəfə rəqib qapılarına yol tapıb. 

BU DA MARAQLIDIR:

Ronaldu "Ginnesin Rekordlar Kitabı"na düşdü