Braziliya futboluna adını qızıl hərflərlə yazdıran Adrianonun oğlu Adrianinyo yeni komandaya transfer olunub.

Offsideplus.az xəbər verir ki, 18 yaşlı oyunçu Portuqaliya III Liqa klublarından olan "Akademika de Koimbra" ilə müqavilə imzalayıb.

O, "Akademika"nın U-19 komandasına qatılacaq.

Qeyd edək ki, əfsanənin oğlu daha öncə Braziliyada "Boavişta", "Qremio" və "Serrano"nun aşağı yaş qruplarında çıxış edib.