Yüksək Liqanın debütantı olan “Şuşa” transfer pəncərəsinin açılamasından maksimum istifadə etməyə çalışır.

Offsideplus.az xəbər verir ki, bu barədə AFF məlumat yayıb. Komanda artıq 4 futzalçı ilə anlaşıb. “Neftçi” İK-dan ayrılan Nüsrət Fərzəli və Sadegh Javiditabar mövsümün qalan hissəsini “Şuşa”nın heyətində keçirəcək. Onlardan başqa, Emil İsrəfilov və Xalid Səfərov də bu komandaya keçib. Hər iki futzalçı “Yasamal Bakı”da çıxış edirdi. Yeni gələnlərlə bərabər komandadan ayrılanlar da var. Elvin Qasımov, Feruz Həsənov, Ceyhun Nağıyev və Sabir Hacıəliyev başqa klublarda çıxış edəcəklər.

Qeyd edək ki, “Şuşa” 8 oyundan 6 xal toplayıb və turnir cədvəlinin 4-cü pilləsində qərarlaşıb.