2 türk klubuna FİFA tərəfindən xal silinmə cəzası verilib.

Offsideplus.az xəbər verir ki, FİFA Dsiplin Komitəsi Türkiyə I Liqasında "Yeni Malatyaspor" və II Liqada "Giresunspor"un xallarının bir hissəsini silib. 

TFF-nin açıqlamasına görə, "Yeni Malatyaspor"dan 18 xal, Giresun təmsilçisindən isə 6 xal silinib. 

Qeyd edək ki, "Yeni Malatyaspor" liqanın ilk həftəsində "Pendikspor"a qarşı oyuna çıxa bilmədiyi üçün də 3 xal silinmə cəzası almışdı və klub -21 xala gerilədi. "Giresunspor" isə 7 xaldan 1-ə düşdü.