Gürcüstan millisinin forvardı Xviça Kvaratsxeliya Kristiano Ronaldo haqda maraqlı fikirlər səsləndirib.

Offsideplus.az xəbər verir ki bu barədə "Gazzetta dello Sport" məlumat yayıb. Təcrübəli hücumçu bunları söyləyib:

"Bizim üçün AÇ-2024-də Portuqaliya yığması ilə matç önəmli idi. Uşaqlığımdan sevdiyim oyunçuya qarşı çıxış etmək tamam fərqli hiss idi. Özümü kumirimə sübut etməli idim. Ona qarşı oynamaq zövq verirdi".

Qeyd edək ki, "Transfermarkt" internet-portalı 23 yaşlı gürcü cinah hücumçusunun transfer dəyərini 80 milyon avro məbləğində qiymətləndirir.