AFFA-nın Klubların Lisenziyalaşdırılması Departamentinin direktoru Elçin Məmmədov UEFA tərəfindən təyinat alıb.

Offsideplus.az sözügedən qurumun mətbuat xidmətinə istinadən məlumat verir ki, o, UEFA Avropa Liqasının III turunda keçiriləcək “Fənərbağça” (Türkiyə) – “Mançester Yunayted” (İngiltərə) oyununun UEFA Matç direktoru (UEFA Venue Director) vəzifəsini icra edəcək. 

Matç oktyabrın 24-də İstanbulda yerləşən “Şükrü Saracoğlu” stadionunda keçiriləcək.