Braziliya millisinin futbolçusu Qabriel Martinelli Peru ilə seçmə mərhələdəki matçı buraxa bilər.

Offsideplus.az "Sports Brazil"ə istinadən xəbər verir ki, yarımmüdafiəçi məşq zamanı baldır nahiyəsindən zədə alıb. Yekun tibbi müayinədən sonra oyunçu haqda rəy bildiriləcək.