Argentina yığmasının kapitanı Lionel Messi millinin heyətində meydana qayıtması ilə bağlı fikirlərini bölüşüb.

Offsideplus.az xəbər verir ki, "Leo"nun geri-dönüşü 2026-cı il dünya çempionatının seçmə mərhələsinin Venesuela yığması ilə səfər oyununa (1:1) təsadüf edib. Matçdan sonra ulduz futbolçu bunları deyib:

"Mən yenidən oynamaq fürsətini çox gözləmişdim, uzun müddət yox idim, klubda da oyunları buraxmışdım. Amma qayıtdığım üçün xoşbəxtəm. Milli komandada oynamağa davam etdiyim üçün və yenidən burada olduğum üçün xoşbəxtəm"

Qeyd edək ki, "Leo" yayda Amerika Kubokunda aldığı zədəyə görə, bir müddət futboldan kənarda qalmalı olub.